PDF Oxu

Mədəniyyət

  • 318

Kiyev birlik ölkələrinin gənc rəssamlarının gözü ilə

Kiyev birlik ölkələrinin gənc rəssamlarının gözü ilə

Ukrayna paytaxtının Milli təsviri sənət və arxitektura akademiyasında "Kiyev birlik ölkələrinin gənc rəssamlarının gözü ilə" adlı rəsm sərgisi keçirilib. Sərgi MDB-nin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı üzrə dövlətlərarası fondun dəstəyi ilə təşkil olunub. Sərgiyə gələnlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nümayəndələri Cəlal Ağayevin və Emin Ələkbərovun əsərlərinə böyük maraqla baxmışlar. C.Ağayev tamaşaçılara "İ.Frankonun abidəsi", "Sofiya kilsəsi", "Vağzalyanı meydan", E.Ələkbərov isə "İstiqaliyyət abidəsi", "Andrey kilsəsi", "Qızıl darvaza" qarşısındakı ev" və digər əsərlərini təqdim edib. Bu və digər rəsmlər Ukrayna paytaxının təkrarolunmaz gözəlliyini və parlaq koloritini əks etdirir. Sərgidə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları olublar.

Digər xəbərlər