PDF Oxu

Mədəniyyət

  • 136

Uşaq kitab karvanı - İpək yolu ilə

Uşaq kitab karvanı - İpək yolu ilə
Müstəqilliyimizin 20 illiyinə həsr olunmuş "Uşaq kitab karvanı - İpək yolu ilə" regionlararası tədbirin iştirakçıları Gəncə şəhərində möhtəşəm tədbirlə çıxış ediblər. Tədbirin yüksək səviyyədə keçirilməsi məqsədi ilə Gəncə şəhər icra hakimiyyəti tərəfindən şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə müvafiq köməkliklər göstərilib.
Tədbirdə Gəncə şəhər 1, 5, 27 saylı orta məktəbinin şagirdləri, uşaq bağçalarının körpə fidanları, şəhər ictimaiyyəti iştirak ediblər.
"Uşaq kitab karvanı - İpək yolu ilə" regionlararası tədbir şəhər İncəsənət Qalereyasının qarşısında II Xan Bağında keçiriib və giriş sözü ilə tədbirdə Gəncə şəhər icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Nizami Hacıyev çıxış edib.
Şəhər Uşaq İncəsənət Məktəbinin rəqs kollektivi müxtəlif rəqslər ifa edib, habelə, şəhər Kukla Teatrının hazırladığı nağıl qəhrəmanlarının paradı tədbir iştirakçılarına nümayiş etdirilib.
Tədbirdə şəhər məktəbliləri arasında şeir və asfalt üzərində rəsm müsabiqəsi keçirilib.
Bundan sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Gəncə şəhər uşaq kitabxanalarına 500-dən çox maraqlı uşaq kitabları hədiyyə ediləcəkdir. Karvan Gəncədən Şəmkir rayonuna yola düşəcəkdir.

Digər xəbərlər