Mədəniyyət

  • 1 101

“Yerə dəyən top göylərə qalxar”

image

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sentyabrın 27-30-da Rusiyanın Lipetsk şəhərində keçirilən VIII Beynəlxalq İdman Filmləri Festivalında 27 ölkədən 100-dən artıq film nümayiş etdirildi. Serbiya, Rusiya, Bolqarıstan, Belarus və Azərbaycan nümayəndələri ilə təmsil olunmuş beynəlxalq münsiflər heyəti qalibləri bir neçə nominasiya üzrə müəyyən ediblər.

"Olimpiya ideallarına sədaqət" nominasiyasında Azərbaycan filmi qalib elan edilib. Bu, gənc rejissor Arzu Urşanın "Yerə dəyən top göylərə qalxar" 46 dəqiqəlik sənədli filmi idi. Arzu Urşan film üzərində işini festival ərəfəsində başa çatdırmışdır. Bu il futbolun ölkəmizə gəlişinin 100 ili tamam olmuşdur və filmdə, xalqın ən çox sevdiyi idman oyununun inkişaf mərhələləri, qələbələr və məğlubiyyətlər, böyük futbolçular haqqında hekayələr əksini tapmışdır. Əslində, Lipetskdə filmə ilk baxış keçirildi. Tamaşaçıların filmimizə göstərdikləri böyük maraq münsiflər heyəti tərəfindən təsdiqləndi. "Yerə dəyən top göylərə qalxar" "Salnamə" studiyasında çəkilmişdir, ssenari müəllifləri Arzu Urşan və Aleksandr Balaşov, operatorlar Yuri Yermolin və Nadir Mehdiyev, rəssam Fikrət Ələkbərov, montaj Sergey Kolmıkov, fotoqraf Elşən Əliyevdir.

Digər xəbərlər