Azərbaycan Respublikası və İspaniya Krallığı arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi və ölkəmizin turizm imkanlarının təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının İspaniyadakı Səfirliyinin təşkilatçılığı ilə 2011-ci ilin 2-9 oktyabr tarixlərində İspaniyanın qabaqcıl kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 8 nəfərlik heyətin ölkəmizə press-turu təşkil edilmişdir.
Nümayəndə heyəti üçün Bakı şəhəri, İsmayıllı rayonu, Qəbələ şəhəri, Şəki şəhəri və Naftalan şəhəri üzrə mədəni və tarixi abidələrə, mehmanxanalara, muzeylərə, görməli yerlərə və digər obyektlərə turlar təşkil ediləcək. Press-turun nəticəsi olaraq İspaniyanın qəzet və jurnallarında jurnalistlər tərəfindən ölkəmizə həsr edilmiş silsilə məqalələrin nəşr edilməsi nəzərdə tutulur.
Bütün Polşa onun haqqında danışır...