Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə H.Cavid bağında Yasamal rayon MKS-in böyük kitab sərgisi keçirilib. Azərbaycan Respublikası dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş sərgidə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Təhsil Nazirliyinin "Təhsil, Səhiyyə və Mədəniyyət" şöbəsinin müdiri Cəfərova Zemfira, yazıçılar, şairlər və digər ictimai xadimlər iştirak ediblər.
Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən musiqi məktəblərinin və orta məktəblərin şagird və müəllim kollektivləri böyük həvəslə iştirak ediblər. Vaqif Mustafazadə adına 2 saylı uşaq musiqi məktəbinin, "Aysel" rəqs qrupunun, "Nağaraçılar" ansamblının, C.Hacıyev adına 3 saylı uşaq musiqi məktəbinin kanon çalanlar və nəfəsli musiqi ansamblının, Xətai və Yasamal rayon mədəniyyət evlərinin trio ansambllarının və Xətai Rayon Mədəniyyət Mərkəzinin "Səma" rəqs qrupunun çıxışları tamaşaçılar tərəfindən maraqla izlənilib.
İncəsənət gimnaziyası, 20 saylı məktəb-liseyin, 167, 158, 53 nömrəli orta məktəblərin şagirdləri Azərbaycan şairlərinin əsərlərindən ibarət şeirləri tamaşaçılara təqdim etdilər. Yasamal rayonunda yaşayan həvəskar əhalinin əl işlərinin və Bakı şəhərində fəaliyyət göstərən nəşriyyatların çap məhsullarının təşkil olunmuş sərgisi və satışı isə çox böyük marağa səbəb olub.
Bütün Polşa onun haqqında danışır...