PDF Oxu

Mədəniyyət

  • 151

I-III əsrlərə aid küp qəbirlər aşkarlanıb

I-III əsrlərə aid küp qəbirlər aşkarlanıb

Salyan rayonunun Çuxanlı kəndi ərazisində Ələt-Astara magistral yolunun çəkilişi zamanı qədim yaşayış yerinin izlərinə rast gəlinib. Həmin ərazidə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədovun rəhbərliyi ilə arxeoloji kəşfiyyat və qazıntı işlərinə başlanılıb. İlkin müşahidələr ərazidə antik və ilk orta əsrlər dövrünə aid olan yaşayış yeri, qəbiristanlıqların olduğunu göstərir. Ərazidə I-III əsrlərə aid küp qəbirlər aşkar edilib. Hazırda tədqiqatlar davam edir. Salyan rayonunun ərazisində antik dövrə aid yaşayış yerlərinin olması təbii haldır. Antik dövr müəllifi olan Strabon da öz məlumatında gəmiçiliyə yararlı olduğu üçün Kür çayı boyunca iri yaşayış məntəqələrinin salınmasını qeyd edib. Salyan toponiminin adından da göründüyü kimi, bu ərazi gəmilərin yan aldığı və yüklərin boşaldığı ərazidir. Ərazi həm də Dərbənddən Ərdəbilə doğru istənilən ticarət karvan yolunun üzərində yerləşir. Bu da onun əhəmiyyətini daha da artırmışdır.

Digər xəbərlər