PDF Oxu

Mədəniyyət

  • 883

Lütfi Zadə adına fəxri təqaüd təsis olunub

Lütfi Zadə adına fəxri təqaüd təsis olunub

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni tədris ilindən dünya şöhrətli alim Lütfi Zadə adına fəxri təqaüd təsis olunub.

Xatırladaq ki, Kaliforniya Berkli Universitetinin professoru, Bakıda anadan olmuş Lütfi Zadə XX əsrin dünyaya bəxş etdiyi nəhəng simalardan biri, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı və görkəmli elm xadimidir.

Təqaüdün təsis olunmasında məqsəd tələbə gənclərin dəqiq elmlərə marağını daha da artırmaq, elmi-tədqiqatçılıq fəaliyyətlərini yüksəltmək, bütün dünyada məşhur olan, Azərbaycan xalqının fəxri, 90 yaşlı böyük alim Lütfi Zadənin həyatını, elmi nailiyyətlərini öyrənmək və yaşatmaqdır.

Lütfi Zadə adına fəxri təqaüdə müvafiq olaraq mühəndislik və memarlıq, fizika-riyaziyyat fakültələrindən tələbələrin seçilməsi nəzərdə tutulmuşdur. Bu təqaüdə ilk layiq görülənlər İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə II kurs tələbəsi Əliyev Nurəddin Fərman oğlu, riyaziyyat və informasiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Ağamalı Kamran Səbzəli oğlu olmuşdur. Təqaüd təsis olunarkən həmin tələbələrin təhsil aldıqları bir il ərzində elmdə, təhsildə, yeni texnologiyaların mənimsənilməsində, Tələbə Elmi Cəmiyyətinin xətti ilə aparılan elmi-tədqiqat işlərində xüsusi fərqlənmələri nəzərə alınmışdır.

Digər xəbərlər