AMEA Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin baş elmi işçisi, tanınmış ədəbiyyatşünas və tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgər böyük dövlət xadimi, Hindistanda 332 il (1526-1858) hökm sürmüş baburilər sülaləsinin banisi, görkəmli şair, nasir, ədəbiyyatşünas və tərcüməçi Zəhirəddin Məhəmməd Baburun "Baburnamə" kitabını Azərbaycan dilinə tərcümə etdiyinə görə Babur adına beynəlxalq mükafata layiq görülüb.
Qeyd edək ki, "Baburnamə" bu günə qədər 30-dan çox xarici dilə tərcümə edilmiş, Baburun əfsanəvi həyatı haqqında onlarca roman və povest yazılmışdır. Baburun vətəni olan Əndican şəhərində (Özbəkistan) şairin adını daşıyan beynəlxalq fond, "Babur və dünya mədəniyyəti" adlı muzey fəaliyyət göstərir. Hər il həmin fond tərəfindən Baburun əsərlərini tərcümə edən, onun haqqında elmi araşdırmalar aparan şəxslərə Babur adına beynəlxalq mükafatlar verilir.
Ramiz Əsgər bu günə kimi XX əsr özbək şeiri antologiyasını, bu il isə tanınmış şair-hökmdar Sultan Hüseyn Bayqaranın "Divan"ını da tərcümə etmişdir.
Bütün Polşa onun haqqında danışır...