Türkiyədə 48-ci Beynəlxalq Antalya "Qızıl portağal" kino festivalının açılış mərasimində azərbaycanlı kino xadimi, türk dünyasında yeganə "Oskar" mükafatı laureatı olan Rüstəm İbrahimbəyova "Şərəf mükafatı" verildi.
Antalya bələdiyyəsi və Antalya Mədəniyyət-Sənət Vəqfinin (AKSAV) birgə təşkil etdikləri festivalda mükafata layiq görülənlər arasında Türkiyənin kino ulduzları Tuncel Kurtiz, Halit Akçatepe, Engin Çağlar və Məhmət Dinlər də olmuşlar.
Festival çərçivəsində ilk dəfə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçiliyinin dəstəyi ilə "Avrasiya kinosu-Azərbaycan" bölməsində mətbuat konfransı, rejissor və aktyorlarla görüş, kinematoqraflarımızın əsərlərinin nümayişi olacaqdır.
Atatürk Mədəniyyət Mərkəzində Oleq Səfərəliyevin "Əlvida, cənub şəhəri" filmi ilə başlayan bu bölmədə Samir Kərimoğlunun "Niyyət", Yavər Rzayevin "İlahi məxluq", İlqar Nicatın "Buta" və İlqar Safatın "Sahə" filmləri kino həvəskarlarına təqdim ediləcək.,
Bütün Polşa onun haqqında danışır...