PDF Oxu

Mədəniyyət

  • 381

Dünya Turizm Təşkilatının Baş Assambleyasının 19-cu illik sessiyası işə başlayıb

Dünya Turizm Təşkilatının Baş Assambleyasının 19-cu illik sessiyası işə başlayıb

Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, Koreya Respublikasının Kyoncu şəhərində (Şimali Könsanq əyaləti) Dünya Turizm Təşkilatının Baş Assambleyasının 19-cu illik sessiyası işə başlayıb. Oktyabrın 14-dək davam edəcək sessiyada Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, BMT-nin "Turizmin inkişafı layihəsi"nin Azərbaycan üzrə milli koordinatoru Faiq Qürbətov, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev daxildir.

Assambleyanın gedişində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və qurumun icraçı direktoru Zoltan Somoçi ilə görüşüb. Görüşdə Azərbaycanla Dünya Turizm Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Təşkilatın rəhbərliyinə Azərbaycanda "Turizm ili" çərçivəsində reallaşdırılan tədbirlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, həmçinin, Rusiya Federasiyasının Turizm üzrə Federal Agentliyinin rəhbəri Aleksandr Radkov, San Marino Turizm Nazirliyinin təmsilçisi Mauro Mayani və "Özbəkturizm" şirkətinin təmsilçisi Rüstəm Mirzəyevlə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

BMT-nin baş katibi Ban Ki-Moon Dünya Turizm Təşkilatının Baş Assambleyasının "Sabit turizm" şüarı altında keçirilən tədbirinə göndərdiyi təbrik məktubunda qeyd edib ki, turizm dünyanın sosial, iqtisadi və ekoloji baxımdan sabit inkişafında mühüm rol oynayır:"Dünya Turizm Təşkilatının Baş Assambleyasının 19-cu sessiyasının işini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu tədbir turizm sektoru təmsilçilərinə yuxarıdakı məqsədlərə çatmaqda yaxından kömək olacaq".

Koreya Respublikasının İdman, Mədəniyyət və Turizm Nazirliyinin, Kyoncu şəhər Administrasiyasının və Şimali Könsanq əyaləti rəhbərliyinin təşkilatçılığı ilə keçirilən sessiyanın iştirakçıları bu ölkənin müxtəlif şəhərləri ilə tanış olacaq, o cümlədən, YUNESKO-nun Dünya Mədəni İrs Siyahısında olan Yandon şəhərinə ekskursiya edəcəklər.

Digər xəbərlər