Tanınmış yunan dirijoru Viron Fidetsiz Azərbaycanın paytaxtında çıxış edəcək. Konsert Viron Fidetsizin rəhbərliyi və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə baş tutacaq. Konsertin oktyabrın 14-də keçirilməsi nəzərdə tutulur.
Sözügedən konsert Azərbaycan Dövlət Filarmoniyası və Yunanıstanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunub. Yunanıstanın DEPA Milli Qaz Korporasiyası tədbirin tərəfdaşıdır.
Bütün Polşa onun haqqında danışır...