PDF Oxu

Mədəniyyət

  • 327

“Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” adlı beynəlxalq konfrans

“Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” adlı beynəlxalq konfrans

Oktyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə, YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur" mövzusunda beynəlxalq konfrans öz işinə başladı.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin nümayəndəsi Tatyana Kuznetsova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin çıxış ediblər. Konfrans çərçivəsində bir sıra maraqlı məruzələr dinlənilib. Qeyd olunub ki, bu gün ənənəvi nəşrlərin elektron formaya çevrilməsi, rəqəmsal irsin yaradılması kitabxanaların qarşısında aktual problem olaraq gündəlikdə durur. Hazırda əhalinin bütün təbəqələrinə ödənişsiz xidmət edən, dövlətin fasiləsiz informasiya və təhsil siyasətini təmin edən kitabxanaların fəaliyyətinin gücləndirilməsi, onların cəmiyyətin artan və daim yeniləşən informasiya tələbatının zaman və məkandan asılı olmayaraq, operativ və dolğun ödəməsi məsələləri konfransda mütəxəssislərin müzakirə predmetinə çevrilib.

Konfransda Yevgeniya Kulikovanın "Biblio şəhər" kitabxana - informasiya sistemi Moskva şəhərinin kütləvi kitabxanalarının inkişafının perspektivi kimi", Vadim Stepanovun "Rəqəmsal Kontentin qanuni yayılması sistemində kitabxanalar", Tatyana Kuznetsovanın "Müasir dünyada kütləvi kitabxana", "Rusiya kitabxanalarının modernləşdirilməsi və onların sosial innovasiya praktikası: proseslərin sistemli analizi Nadejda Rojkovanın "Belqorod vilayətinin model ictimai kitabxanaları: innovasiyalı inkişaf konsepsiyası", İ.Makarenkonun "Kütləvi kitabxanalarda ictimai əhəmiyyət kəsb edən informasiya mərkəzlərinin təşkilinə müasir yanaşmalar", Lətifə Məmmədovanın "Azərbaycan kitabxanaları müstəqillik illərində 1991-2011", Mayıl Əhmədovun "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının ölkəşünaslıq və diyarşünaslıq fəaliyyəti", Kərim Tahirovun "Milli kitabxanada elektron informasiya resurslarının formalaşması və inkişafı", Samir Abbasovun "Elektron kitabxanaların informasiya resurslarının saxlanılması və informasiya cəmiyyətinin inkişafında əvəzsiz vasitədir", Gülşən Mehdiyevanın "Azərbaycanda turizmə kitabxana-informasiya sahəsinin dəstəyi: iş təcrübəsi və inkişaf perpektivləri" və s. məruzələri dinlənilib.

Digər xəbərlər