PDF Oxu

Mədəniyyət

  • 172

“Müstəqil Azərbaycanım” Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılacaq

“Müstəqil Azərbaycanım” Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılacaq

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ilin ikinci yarımili üçün iş planının müvafiq bəndlərinə uyğun olaraq uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət "Müstəqil Azərbaycanım" adlı respublika müsabiqəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən Yaşar Əliyevin məlumatına görə, müsabiqəyə respublikanın uşaq rəssamlıq və incəsənət məktəblərindən, uşaq yaradıcılıq mərkəzlərindən, rəsm studiyalarından 400-ə yaxın rəsm və əl işləri təqdim edilib.

Müsabiqənin münsiflər heyəti müsabiqəyə təqdim edilən işlərə baxış keçirərək qalibləri və fərqlənən iştirakçıları müəyyən etmişdir. 20 oktyabr tarixində Muzey Mərkəzində qaliblərin mükafatlandırılması və təqdim edilən rəsm və əl işləri sərgisinin açılış mərasimi olacaqdır. Sərgi 21 oktyabr tarixinə qədər davam edəcəkdir.

Digər xəbərlər