PDF Oxu

Mədəniyyət

  • 430

Əbülfəs Qarayev MDB iştirakçı dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXVI iclasında iştirak edib

Əbülfəs Qarayev MDB iştirakçı dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXVI iclasında iştirak edib

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, oktyabrın 20-də Ukraynanın paytaxtı Kiyev şəhərində MDB iştirakçı dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXVI iclası keçirilib. İclasda Azərbaycan tərəfindən Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İclasda şura üzvləri arasında fikir mübadiləsi, MDB-nin 20 illiyi ilə əlaqədar MDB üzv ölkələrinin Mədəniyyət Nazirlikləri tərəfindən keçirilmiş və keçiriləcək tədbirlər, "Birliyin Mədəniyyət Paytaxtları" dövlətlərarası proqramı, MDB iştirakçı ölkələrinin Ümumdünya mədəni irsinin qorunması mərkəzinin yaradılması, MDB ölkələri ərazisində mədəniyyət abidələri və mədəni irs nümunələrinin reyestrinin və tarixi-mədəni irs sahəsində MDB dövlətlərinin qanunvericiliyinin vahid məlumat bazasının yaradılması və digər məsələlərin müzakirəsi edilib. İclasa MDB iştirakçı ölkələrinin Mədəni Əməkdaşlıq üzrə Şurasının sədri - Rusiya Federasiyasının mədəniyyət naziri A.Avdeyev sədrlik edib.

Digər xəbərlər