PDF Oxu

Mədəniyyət

  • 301

Azərbaycan Respublikası Prezident təqaüdçülərinin konserti

Azərbaycan Respublikası Prezident təqaüdçülərinin konserti
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, oktyabrın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmış və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş gənc musiqiçilərin konserti keçiriləcək. Konsert Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub.
Konsertdə Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Nərgiz Hüseynova (skripka), R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Kamil Həsənov (fortepiano), L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Şəms Ağazadə (skripka), Kənan Mayılov (skripka), Kamran Ömərli (skripka), İsrafil Rəsulov (truba), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka), Nərmin Nəcəfli (fortepiano) və Rüstəm Zeynalov (fortepiano) iştirak edirlər. Proqrama Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxil edilib.

Digər xəbərlər