PDF Oxu

Mədəniyyət

  • 770

Suğra Bağırzadənin əsərləri sərgilənib

Suğra Bağırzadənin əsərləri sərgilənib

Rusiya informasiya-mədəniyyət mərkəzində tanınmış rəssam-florist, Azərbaycanın əməkdar artisti, respublika Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının, MDB və Baltik ölkələri Konfederasiyasının üzvü Suğra Bağırzadənin əsərlərindən ibarət sərginin açılışı olub. Sərgi Azərbaycanda Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə və Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunub.
İxtisasca kimyaçı-mühəndis olan S.Bağırzadə uşaqlıqda "Cücələrim" ansamblının solisti olub, sonra isə kinoya çəkilib.
Hobbi kimi başlamış güllərə olan həvəs tədricən onu daha bir peşəyə gətirib çıxarıb. Təzə güllərdən hazırlanan orijinal kompozisiyalar rəssam-floristə şöhrət qazandırıb.
Çiçəklərə olan həvəs onun həyatının mənasına çevrilib. Kimyaçı təhsili əbədi olmayan çiçəklərin ömrünü uzatmağa, onları əbədiləşdirməyə kömək göstərib. Sənətkarın təzə güllərdən və müxtəlif kimyəvi komponentlərdən15 il əvvəl yaratdığı ilk əsəri indi də yaradıldığı gündə olduğu kimi təravətli qalıb.
Müxtəlif beynəlxalq sərgilərdə, tədbirlərdə o, Azərbaycanı layiqincə təmsil edir. 2004-cü ilin avqustunda Ümumdünya Floristlər Şurasının Riqada keçirilmiş XXI sammitində S.Bağırzadə floristika sənayesində yeni peşə istiqamətinə görə sertifikat alıb.

Digər xəbərlər