PDF Oxu

Mədəniyyət

  • 148

Beynəlxalq Caz Festivalı davam edir

Beynəlxalq Caz Festivalı davam edir

Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Sweet production" festivalının proqramına uyğun olaraq, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında türk əsilli cazmen Misirli Əhmədin qrupu geniş konsert proqramı ilə çıxış edib.

Konsertdə qrupun "Search" albomundan "Hindistanbul" adlı caz kompozisiyası təqdim olunub. Adından da göründüyü kimi, ifa hind və türk elementlərini özündə birləşdirib. Əsil adı Əhməd Yıldırım olan Misirli Əhməd virtuoz türk darbuka ifaçısıdır. Onun yaradıcılığı müxtəlif janrları əhatə edir və hind, ərəb, Latın Amerikası və caz musiqisindən ibarətdir. O, nadir ifa texnikasına malikdir. Misirə səyahəti zamanı, özünün dediyi kimi, "varlığının mənasını tapmış" və "ritmi kəşf etmişdir". Məhz Misir səyahətindən sonra Əhməd Yıldırım Misirli Əhməd kimi tanınmışdır.

Digər xəbərlər