Oktyabrın 26-dan 30-dək Danimarkanın paytaxtı Kopenhagendə "Womex The World Music Expo" sərgi-festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ triosu" da iştirak edəcəkdir. Qeyd edək ki, bu festival daha çox dünya etnik musiqilərinin sərgisi xarakterini daşıyır. Artıq on bir ildir keçirilməsinə baxmayaraq, Azərbaycan orada ilk dəfə iştirak edəcəkdir.
Hazırda festivalda iştirak edəcək hər ölkə təmsilçilərinin səsi yazılmış xüsusi CD albomunda Azərbaycanın "Qarabağ şikəstəsi" də yer almışdır.
Festivalda Mənsum İbrahimovu əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edəcəklər.
Bütün Polşa onun haqqında danışır...