Azərbaycan dramaturqu Rüstəm İbrahimbəyov Kiyevdə keçirilən 41-ci Beynəlxalq Gənclik Kinofestivalının birinci mükafatını, "Skif maralı"nı alıb.
Dünya kinomatoqrafiyasının inkişafındakı xidmətlərinə görə verilən mükafatı R.İbrahimbəyova mərasimin açılışında festivalın fəxri qonağı, Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko təqdim edib.
R.İbrahimbəyovun işləri festivala təqdim olunmayıb. Mükafata isə dünya kinomatoqrafiyasına verdiyi töhfəyə görə layiq görülüb. Festival Yeji Hofmanın "Varşava döyüşü. 1920" filmi ilə açılıb. Festival oktyabrın 30-dək davam edəcək.
Bütün Polşa onun haqqında danışır...