Türkiyənin İsparta şəhərində Süleyman Dəmirəl Universitetinin təşkilatçılığı ilə keçirilən "İkinci Beynəlxalq Türk Dili və Ədəbiyyatı (Dil və Üslub Araşdırmaları)" adlı simpoziumda AMEA Naxçıvan Bölməsinin əməkdaşları da iştirak ediblər.
Üç gün davam edən simpoziumda Türkiyə, Azərbaycan, Amerika, İran, Suriya, Qırğızıstan, Əfqanıstan, Rusiya və digər ölkələrin nümayəndələrinin dil və üslub araşdırmaları ilə bağlı məruzələri dinlənilib. Simpoziumda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin kiçik elmi işçiləri Elxan Məmmədov, Əkrəm Hüseynzadə, filologiya üzrə fəlsəfə doktorları Məhsəti İsmayıl və Lütviyyə Əsgərzadə iştirak etmişlər."Anadolu türkcəsindən Azərbaycan türkcəsinə şeir çevirmələrində dil və üslub", "Türkiyə tükcəsinə çevrilən Azərbaycan elmi araşdırmalarının dili", "Kitabi-Dədə Qorqud dastanındakı bəzi deyimlərin Naxçıvanda və Anadoludakı qarşılaşdırılması", "Azərbaycanın tanınmış filosof, şair, dramaturqu Hüseyn Cavid əfəndi və türk romantik yazıçılarının əsərlərinin dil və üslub baxımından qarşılaşdırılması" mövzusunda məruzə edən həmyerlilərimizin çıxışı simpozium iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb, məruzələr ətrafında müzakirələr aparılıb.
Bütün Polşa onun haqqında danışır...