Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Rus Muzeyində Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin açılışı olub. Xalq rəssamının 100 illik yubileyinə həsr olunan sərgi Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu və Dövlət Rus Muzeyi tərəfindən təşkil edilib.
Sərginin açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Sankt-Peterburqdakı baş konsul Qüdsi Osmanov, Hüseyn Əliyevin nəvəsi, "Lider" Media Holdinqin prezidenti Ədalət Əliyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin sədri Aleksandr Proxorenko, Sankt-Peterburq Mədəniyyət Komitəsinin sədri Anna Kuçerova iştirak ediblər.
Rəssamın 1960-80-ci illərdə çəkdiyi sənət əsərlərinin nümayiş olunduğu sərgi 2 ay müddətində Sankt-Peterburq sakinlərinin üzünə açıq olacaq.
Hüseyn Əliyev 1911-ci ildə Azərbaycanın Zəngəzur mahalının Comarlı kəndində anadan olub. Bakıda rəssamlıq təhsili aldıqdan sonra Repin adına Sankt-Peterburq Rəssamlıq və Memarlıq İnstitutuna daxil olub. Buranı bitirdikdən sonra Bakıya qayıdaraq Rəssamlıq Texnikumunda dərs deyib. Eyni zamanda, "Molla Nəsrəddin" və "Kommunist" jurnallarında rəssam kimi çalışıb. Rəssamın ilk işi "Vətən peyzajı" adlı rəsm əsəri olub.
Bütün Polşa onun haqqında danışır...