PDF Oxu

Mədəniyyət

  • 179

Liditse 2011: Uşaqların incəsənət əsərlərinin beynəlxalq sərgisi

Liditse 2011: Uşaqların incəsənət əsərlərinin beynəlxalq sərgisi

Çexiyanın Azərbaycandakı səfirliyində "Liditse 2011: Uşaqların incəsənət əsərlərinin beynəlxalq sərgisi"ndə qələbə qazanmış azərbaycanlı uşaqların mükafatlandırma mərasimi keçirilib.

Çexiyanın Azərbaycandakı səfiri Radek Matula çıxışında bildirib ki, Liditse sərgisi hər il təşkil olunur və bura onlarla ölkədən olan uşaqlar qatılır. Sərginin təşkilində məqsəd Liditse şəhərində alman nasistləri tərəfindən 1942-ci ildə törədilmiş faciənin qurbanı olan uşaqların xatirəsini yad etməkdir. Diplomatın sözlərinə görə, budəfəki sərgi "Bu mənəm, burda mən yaşayıram" devizi altında keçirilib. Sərgidə rekord sayda uşaq iştirak edib.

Qeyd edək ki, bu il Liditse qalereyasına 66 ölkədən 25450 eksponat göndərilib. Xarici iştirakçılar 15983 nəfəri təşkil edib. Peşəkarlardan ibarət jüri 622 nəfəri mükafatlandırıb, onların 92-nə medal verilib. Jüri uşaqların işlərindən çox razı qalıb.

R.Matula deyib ki, hər il təltif olunanlar arasında azərbaycanlıların sayının artması onu sevindirir.

Digər xəbərlər