Azərbaycan-Fransa Gənclik Assosiasiyası (AFAJ) 20-23 oktyabr tarixlərində Fransanın Savoya regionunun Albervil şəhərində ənənəvi olaraq keçirilən X "Le Grand Bivouac" festivalında Azərbaycanı təmsil etmişdir. 60-dan çox ölkədən gəlmiş səyahətçilər, alimlər, tədqiqatçılar, fotoqraflar, yazıçılar və musiqiçilərin iştirak etdiyi bu festival dünyaya "səyahət" məqsədi daşıyırdı. Festivalda müxtəlif ölkələrin mədəniyyəti, adət-ənənələrini özündə əks etdirən sərgilər, təqdimatlar, konfranslar, debatlar, tamaşa və animasiyalar təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd olunduğu ərəfəyə təsadüf etmiş festivalda ilk dəfə olaraq iştirak edən AFAJ-ın nümayəndələri - Paris 5-ci "La Nao" Beynəlxalq Mədəniyyət Festivalı VIII Universitetinin tələbəsi Vüsalə Məmmədzadə, Paris X Universitetinin tələbəsi Kəmalə Gülməmmədova, Dauphine Universitetinin tələbəsi Fidan Əhmədova, Angers Universitetinin tələbəsi Könül Rəfiyeva və Sorbonn Universitetinin tələbəsi Aysel Səfərova Azərbaycan milli rəqslərini fransız və beynəlmiləl tamaşaçı auditoriyası üçün ifa etmişlər. Tamaşaçılar Milli geyimlərimizin gözəlliyinə, xoş və şux ahəngli musiqimizə heyranlıqlarını ifadə etmişlər.
Festivala Fransanın "İmperial Kirkiristan" qrupunun çıxış yekun vurdu. Yekun konsertində qrup nümayəndələrinin dəvəti ilə azərbaycanlı təmsilçilər də "İmperial Kirkiristan" musiqisinin sədaları altında milli geyimlərimizdə improvizə olunmuş rəqs nümunələri nümayiş etdirdilər. Balkan-yunan musiqisinin notları altında azərbaycanlı iştirakçıların rəqsləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Ümumilikdə, 4 gün davam etmiş festivalda 31000 tamaşaçı iştirak etmişdir.
Bütün Polşa onun haqqında danışır...