Rusiyanın paytaxtında Azərbaycanın beynəlxalq müsabiqələr mükafatçıları olan gənc musiqiçilərin konsert proqramı təqdim olunub. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında keçirilən konsert proqramı Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli çıxışında konsertin təşkilinə görə, Azərbaycanın Rusiyadakı səfirliyinə və Moskva Dövlət Konservatoriyasının rəhbərliyinə öz təşəkkürünü bildirib.
Daha sonra Bakı Musiqi Akademiyasının yetirmələri Murad Adıgözəlov, Nərgiz Kəngərli, Ümidə Abbasova, Nəzrin Zərbəliyeva və Bikə Axundova çıxış ediblər.
Bütün Polşa onun haqqında danışır...