Noyabrın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operasının tamaşası keçiriləcək. Tamaşanı Münhen opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru xanım Korneliya fon Kerssenbrofk idarə edəcəkdir.
Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, tamaşada əsas partiyalardan biri - Alfred partiyasını Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Kuzmin, Violetta partiyasını isə Azərbaycan Opera və Balet Teatrının gənc və istedadlı vokalçısı, respublikanın əməkdar artisti İnarə Babayeva ifa edəcək. Tamaşada, həmçinin, Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri, əməkdar artistlər Əvəz Abdullayev (Jermon), Əli Əsgərov (Markiz d`Obinyi), Əkrəm Poladov (Doktor Qrevil) iştirak edəcəklər.
Ulduz ifaçıların iştirak etdiyi bu tamaşa, heç şübhəsiz ki, teatrın yaradıcılıq həyatında parlaq bir hadisə olacaqdır.
Bütün Polşa onun haqqında danışır...