Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irsin təbliği və təşviqi, mədəni müxtəlifliyinin qorunması sahəsindəki genişmiqyaslı fəaliyyətinin bir hissəsi kimi YUNESKO çərçivəsində qeyd edilməsi məqsədilə namizədliyi təqdim olunan Azərbaycan milli operasının banisi Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının 100 illik yubileyi, 12-ci əsrdə yaşayıb yaratmış rübai ustadı Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyi, filosof, şair Səyid Yəhya Bakuvinin vəfatının 550 illiyi 2012-2013-cü illərdə 2011-ci il sentyabr ayının 30-da YUNESKO İcraiyyə Şurasının 187-ci sessiyasında yekdilliklə təsdiq edilərək, YUNESKO çərçivəsində ildönümü qeyd ediləcək siyahıya əlavə edilmişdir.
Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, Azərbaycanın mədəniyyətini, ədəbiyyatını musiqisini, mədəni və ümumbəşəri dəyərlərini əks etdirən, mühüm əhəmiyyətə malik bu yubileylərin qeyd olunması ilə əlaqədar Azərbaycanda, xarici ölkələrdə və YUNESKO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd etmək istərdik ki, YUNESKO-ya üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görməkdədir.
Bütün Polşa onun haqqında danışır...