PDF Oxu

Mədəniyyət

  • 221

“Sahə” bədii filmi “Deboşirfilm-Çistıye qryozı” Kino Festivalının müsabiqə proqramında iştirak edəcək

“Sahə” bədii filmi “Deboşirfilm-Çistıye qryozı” Kino Festivalının müsabiqə proqramında iştirak edəcək

"Nərimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" bədii filmi XIV Beynəlxalq "Deboşirfilm-Çistıye qryozı" Kino Festivalının tammetrajlı bədii filmlər müsabiqə proqramında iştirak edəcək. Festival 2011-ci il noyabr ayının 10-dan 15-nə qədər olan müddətdə Sankt-Peterburq şəhərində baş tutacaqdır. Bu barədə "Narimanfilm" kinokompaniyasının mətbuat xidmətindən məlumat verilib. 1997-ci ildən başlayaraq "Deboşirfilm"in təşkilatçısı aktyor və rejissor Aleksandr Başirov öz dostları ilə birlikdə tamaşaçılar üçün bu festivalda bütün dünyadan olan az büdcəli və ən müstəqil filmləri seyr etmək imkanı yaradır. Bu il festival "İnsanı axtarıram!" şüarı altında keçirilir. Festivaldakı filmlər dərin sosial problemlərdən söz açır, əsil insanın həmin problemlərlə mübarizəsindən danışır. Festivalın jüri heyətinə rejissor Vladimir Bortko, operator Miloş Spasoyeviç, rəssam Nikas Safronov, kinotənqidçi Lyubov Arkus, jurnalist Artemi Troitski dəvət olunublar. "Sahə" bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film "Nərimanfilm" (Azərbaycan), "Georgianfilm" və "Bagira Films" (Gürcüstan) studiyalarının müştərək istehsalı olub, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və həmçinin, "Paşa Bank"ın iştirakı ilə ərsəyə gətirilib.

Digər xəbərlər