PDF Oxu

Mədəniyyət

  • 250

Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçirildi

Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçirildi

Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında YUNESKO-nun nəzdindəki Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçirildi.

Konfransı Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri, əməkdar artist Mübariz Həmidov açaraq, ölkəmizdə fəaliyyət göstərən teatrlar haqqında iştirakçılara məlumat verdi. O, qeyd etdi ki, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Bakıda keçirilən birinci Beynəlxalq Kukla Teatrı Festivalında dünyanın nüfuzlu teatr qurumlarının nümayəndələrinin iştirakı əməkdaşlıq baxımından təqdirəlayiqdir.

Teatrın direktoru Gənc Tamaşaçılar Teatrının cari ilin mayında ASSİTEJ-in üzvü seçildiyini və teatrın bu təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunduğunu bildirərək, bunun teatr sənəti üçün uğurlu olduğunu söylədi. Bu müddət ərizində mərkəzin üzvləri seçilmiş, strukturu, fəaliyyət planı hazırlanaraq ASSİTEJ-in Xorvatiyada yerləşən baş ofisinə təqdim olunmuşdur.

Mübariz Həmidov Azərbaycan Milli Mərkəzinin gələcək planlarını da diqqətə çatdırdı.

ASSİTEJ-in prezidenti İvetta Hardi qonaqları salamlayaraq, Beynəlxalq Kukla Teatrı Festivalında və bu konfransda iştirakından məmnunluğunu dilə gətirərək, rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verdi. İvetta Hardi Gənc Tamaşaçılar Teatrının ASSİTEJ-ə üzvlüyünün hər iki tərəf üçün təcrübə mübadiləsi baxımından yüksək qiymətləndirdi.

Tədbirdə çıxış edən digər natiqlər ölkəmizdə uşaq və gənclərin teatra olan marağından və Azərbaycan teatrlarının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə verdiyi dəyərli töhfələrdən söz açdılar.

Digər xəbərlər