PDF Oxu

Mədəniyyət

  • 817

XXX Beynəlxalq İstanbul Kitab Sərgisi

XXX Beynəlxalq İstanbul Kitab Sərgisi

Noyabrın 12-dən 20-dək XXX Beynəlxalq İstanbul Kitab Sərgisi keçiriləcək. Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Kitab sərgisində Azərbaycana ayrılmış 15 kvadratmetrlik milli kitab stendində 200-ə qədər müxtəlif adda kitab nümayiş olunacaq.

Tədbirdə, həmçinin, Azərbaycanın mədəniyyətini və turizm potensialını əks etdirən çap məhsulları iştirakçılara paylanılacaq.

Sərgi çərçivəsində noyabrın 13-də "Kitabi-Dədə Qorqud"dan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə Azərbaycan şeiri" adlı beynəlxalq konfrans keçiriləcək.

30-cu Beynəlxalq Kitab Sərgisi çərçivəsində xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov və Fəxrəddin Dadaşovdan ibarət muğam üçlüyünün ifasında Azərbaycan muğamları səsləndiriləcək.

Digər xəbərlər