Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkili ənənələrinin bərpa edilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Tbilisi şəhər E.Axvlediani adına Uşaq Rəsm Qalereyası ilə birlikdə azərbaycanlı və gürcüstanlı uşaqların rəsm sərgilərini təşkil edir.
Gürcüstan tərəfinin dəvətinə əsasən, 2011-ci il 30 iyun-5 iyul tarixlərində Bakı şəhərinin "DA’ Art" Təsviri İncəsənət Mərkəzinin müəllim və şagirdləri Tbilisi şəhərində olmuşlar. Nümayəndələrimiz yüksək səviyyədə qəbul edilmiş, azərbaycanlı uşaqların rəsm əsərlərindən ibarət sərgi maraqla qarşılanmış və böyük əks-səda doğurmuşdur. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, 2011-ci il 15-17 noyabr tarixlərində Bakı şəhərində gürcüstanlı uşaqların rəsm əsərlərindən ibarət sərginin keçirilməsi nəzərdə tutulmuşdur. Sərginin açılışı 15 noyabr tarixində Muzey Mərkəzinin Dairəvi zalında və Sərgi Qalereyasında keçiriləcək.
Sərgidə gürcüstanlı uşaqların 90-a qədər əsəri nümayiş etdiriləcək. Tədbirdə iştirak etmək üçün Gürcüstandan qonaqların gəlişi gözlənilir.
Bütün Polşa onun haqqında danışır...