PDF Oxu

Mədəniyyət

  • 375

İncəsənət tariximizin pillələri

İncəsənət tariximizin pillələri

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, noyabrın 22-dən 28-dək Muzey Mərkəzində "İncəsənət tariximizin pillələri" adlı sərgi keçiriləcək. Sərginin təşkilində əsas məqsəd 1940-1980-ci illərdə yaradılmış, xalqımızın yaşadığı tarixi dövrün xüsusiyyətlərini özünəməxsus şəkildə nümayiş etdirən və sənət tariximizdə özünəməxsus yer tutan nadir sənət incilərinin mərhələli surətdə nümayişi və gənc nəslə təbliğindən ibarətdir. Xatırlatmaq yerinə düşərdi ki, 2010-cu ildə də nazirlik tərəfindən eyniadlı sərgi keçirilmiş və həmin sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin fondundan seçilmiş və 20-ci əsrin əvvəllərindən 1940-cı ilədək olan əsərlər nümayiş etdirilmişdir. Bu dəfə ekspozisiyada nümayiş etdiriləcək əsərlər Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmişdir.

Digər xəbərlər