Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Respublikasının Milli Opera və Balet Teatrı arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, memorandum musiqi sənəti, teatr-quruluş fəaliyyəti sahələrində mübadilə, solistlərin və yaradıcı kollektivlərin qastrollarının təşkili, opera və balet tamaşalarının quruluşunun həyata keçirilməsi sahəsində birgə yaradıcılıq layihələri, hər iki teatrın aparıcı mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilməsi, dirijor, rejissor və rəssamların mübadiləsi sahəsində əməkdaşlığı, hər iki ölkənin musiqi və teatr həyatı sahəsində informasiya mübadiləsini nəzərdə tutur.
İmzalanmış müqavilə iki dövlət arasında sıx dostluq əlaqələrinin parlaq nümayişinə çevriləcək və heç şübhəsiz ki, Azərbaycan və Belarus arasında mədəni əlaqələrin inkişafı və möhkəmlənməsinə xidmət edəcəkdir.
Bütün Polşa onun haqqında danışır...