PDF Oxu

Mədəniyyət

  • 568

Azərbaycanlı tələbələr  Qazaxıstandan  Qran-Pri ilə qayıdıblar

Azərbaycanlı tələbələr Qazaxıstandan Qran-Pri ilə qayıdıblar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada rejissorluğu ixtisası üzrə 3-cü kurs tələbələri Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr edilmiş beynəlxalq Tələbə Tamaşaları Festivalının baş mükafatı olan Qran-Prini qazanıblar.

Qazaxıstan İncəsənət Akademiyasının təşkil etdiyi Festivalda müxtəlif ölkələri təmsil edən 9 kollektiv iştirak edib.

Azərbaycanlı tələbələr Festivalda "Adi əhvalatlar" adlı tamaşa ilə çıxış ediblər. Tamaşa kiçik həyat əhvalatlarından ibarət olub və bütün əhvalatlar etüd vasitəsilə nümayiş etdirilib. Festival çərçivəsində, həmçinin, münsiflər heyətinin yekdil qərarı ilə Azərbaycanlı tələbələrdən 3-ü aktyorluq və rejissorluq işinə görə xüsusi sertifikatlarla mükafatlandırılıblar. Festival Qazaxıstanın Almatı şəhərində noyabr ayının 11-12-də keçirilib.

Digər xəbərlər