PDF Oxu

Mədəniyyət

  • 232

Heydər Əliyev Fondu tərəfindən Nizami Gəncəvinin 870-ci ildönümünə böyük töhfə

Heydər Əliyev Fondu tərəfindən Nizami Gəncəvinin 870-ci ildönümünə böyük töhfə

Hikmət səmasının sönməz ulduzu, dahi söz ustadı, mütəfəkkir və filosof Nizami Gəncəvinin anadan olmasının 870-ci ildönümü çərçivəsində Azərbaycan mədəniyyətinin hamisi, milli kimliyimizin keşikçisi Heydər Əliyev Fondu tərəfindən "Xəmsə" yenidən nəfis şəkildə nəşr olunacaq. Fondun nəşrə təqdim etdiyi beş hikmət xəzinəsindən ikisi, yəni "Sirlər xəzinəsi", "Xosrov və Şirin" poemaları AMEA Gəncə Regional Elmi Mərkəzinin (GREM) Nizamişünaslıq şöbəsinin müdiri, görkəmli nizamişünas alim, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Xəlil Yusifli tərəfindən yenidən tərcümə edilmişdir.

Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən AMEA GREM-in direktor müavini, tarix üzrə fəlsəfə doktoru Samir Pişnamazzadənin "Nizami məqbərəsinin tarixi və taleyi" adlı monoqrafiyası da nəşr olunacaqdır.

Digər xəbərlər