Azərbaycanın Macarıstandakı səfirliyi və Macar-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə bu ölkənin Sekeşfehrvar şəhərində "Azərbaycan günü" keçirilib. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, tədbirdə çıxış edən səfir Vilayət Quliyev Azərbaycanın tarixi və müasir durumu, müasir tipli demokratik, hüquqi və dünyəvi dövlət qurulması istiqamətində əldə olunmuş uğurlardan danışıb. Diplomat iştirakçılara müstəqillik illərində ölkəmizin nailiyyətlərindən bəhs edib, Azərbaycan-Macarıstan əlaqələrindən söz açıb. Tədbirdə Feyer Əyalət Şurasının sədr müavini Pleyzer Layoş və Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva çıxış edib, daha sonra mədəni proqram nümayiş olunub.
Bütün Polşa onun haqqında danışır...