PDF Oxu

Mədəniyyət

  • 380

Berlində Azərbaycan musiqisi səslənib

Berlində Azərbaycan musiqisi səslənib

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Berlin ofisinin təşkilatçılığı ilə tanınmış pianoçu, Montre Caz Festivalının qalibi İsfar Sarabski Berlində geniş konsert proqramı ilə çıxış edib. Konsertdə iştirak edən AAC-nin sədri Tale Heydərov Azərbaycan caz musiqisinin səciyyəvi xüsusiyyətlərindən, muğamla əlaqəsindən danışıb. O bildirib ki, ölkəmizdə hər il beynəlxalq caz festivalının keçirilməsi ənənə halını alıb. T.Heydərov xüsusi vurğulayıb ki, Azərbaycan musiqiçiləri beynəlxalq caz müsabiqələrində ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş konsertdə pianoçunun ifasında Azərbaycan klassik musiqi əsərlərindən parçalar, caz musiqisi, xarici bəstəkarların və İ.Sarabskinin öz əsərləri səslənib.

Digər xəbərlər