PDF Oxu

Mədəniyyət

  • 475

“Zülmət gecələr” kinofestivalı

“Zülmət gecələr” kinofestivalı

Estoniyada keçirilən "Zülmət gecələr" kinofestivalı çərçivəsində artıq ikinci ildir ki, milli kinoya dair xüsusi proqram nümayiş etdirilir. Həmin proqram bu dəfə Black Nights Rainbow (Zülmət gecələrin göy qurşağı) adlandırılmışdır. Azərbaycan bu proqramda rejissor İlqar Nəcəfovun "Buta" filmi ilə təmsil olunmuşdur. Azərbaycanın Estoniyadakı səfirliyi festivalda göstərilməzdən əvvəl, "Solaris" mərkəzində filmin təqdimatını keçirmişdir. Festival "Buta" filmi ilə açılmışdır. Film başlamazdan əvvəl Estoniyanın "Qratsiya" rəqs qrupu Azərbaycan rəqslərini ifa etmiş, Azərbaycan haqqında videoçarx nümayiş olunmuşdur. Səfirliyimizin əməkdaşı Ruslan Nəsibov Azərbaycanın zəngin mədəniyyəti barədə tamaşaçılara məlumat vermişdir.

Sonra "Buta" filmi "Kosmos" kinoteatrında nümayiş etdirilmişdir.

Digər xəbərlər