PDF Oxu

Mədəniyyət

  • 421

Azərbaycan Yazıçılar Birliyinin İsrail səfəri

Azərbaycan Yazıçılar Birliyinin İsrail səfəri

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın başçılıq etdiyi nümayəndə heyəti İsraildə səfərdə olub. İsrail Yazıçılar Birliyinin dəvəti ilə gerçəkləşən səfərə bu ölkənin Xarici İşlər Nazirliyi dəstək verib.

Azərbaycanlı yazıçılar Tel-Əviv, Qüds və Hayfa kimi böyük şəhərlərə səfər edib, bu şəhərlərin görməli yerləri, muzeyləri və memarlıq abidələri ilə tanış olublar, həmkarları ilə silsilə görüşlər keçiriblər. Görüşlər zamanı Azərbaycan yazıçılarının İsrail səfəri tarixi hadisə adlandırılıb, iki ölkə arasında ədəbi əlaqələrin inkişafı, əsərlərin qarşılıqlı tərcüməsi və nəşri qərara alınıb. Bir müddət əvvəl İsrail yazıçılarının hekayələrindən ibarət toplunun Azərbaycanda nəşr olunub yayımlanması da görüşlər zamanı vurğulanıb. Azərbaycandan və postsovet məkanından İsrailə köçmüş yaradıcı şəxslərlə görüş zamanı bu ölkədə Azərbaycan Yazıçılar Birliyinin filialının yaradılması təklifi irəli sürülüb. Azərbaycan tərəfinin bu təklifi böyük maraqla qarşılanıb.

Səfərdə AYB sədrinin birinci müavini, xalq şairi Fikrət Qoca, Ədəbiyyat Fondunun sədri Nazim İbrahimov, "Azərnəşr"in direktoru Azər Mustafazadə, "Ölkəm" və "Pəncərə" dərgilərinin baş redaktoru Günel Anarqızı və "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli iştirak ediblər.

Digər xəbərlər