PDF Oxu

Mədəniyyət

  • 307

Buta” “The Asia Pacific Screen Awards” kino festivalında

Buta” “The Asia Pacific Screen Awards” kino festivalında

Rejissor İlqar Nəcəfin "Buta" bədii filmi noyabrın 24-də Avstraliyanın Kvinslend şəhərində keçiriləcək "The Asia Pacific Screen Awards" (APSA) kino festivalında iştirak edəcək. Film "Ən yaxşı uşaq filmi" nominasiyası üzrə mübarizə aparacaq. Bu il "The Asia Pacific Screen Awards" kino festivalında 19 ölkədən 37 film rəqabət aparacaq. Qeyd edək ki, Azərbaycanda bu festivalın rəsmi nümayəndələri "The Asia Pacific Screen Awards" və "Nərimanfilm" kino şirkətləridir. "Buta" filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasının və "Butafilm" kino şirkətinin birgə istehsalı ilə çəkilib. Filmdə baş rollarda respublikanın xalq artisti Rafiq Əzimov, aktyorlar Tofiq Əliyev, Ləman Nəbiyeva və başqaları çəkiliblər. Filmin quruluşçu operatoru Georgi Beridze, bəstəkarı xalq artisti Cavanşir Quliyevdir.

Digər xəbərlər