PDF Oxu

Mədəniyyət

  • 1 259

İçərişəhərdə “Brilyant əl”  filminin aktyorlarının  heykəllərindən ibarət şəhərcik

İçərişəhərdə “Brilyant əl” filminin aktyorlarının heykəllərindən ibarət şəhərcik

İçərişəhərdə "Brilyant əl" filminin epizodlarının çəkildiyi ərazidə filmin aktyorlarının abidəsi qoyulacaq. Bu məqsədlə həmin məkanda aktyorların heykəllərindən ibarət şəhərcik də salınacaq. Bu haqda məlumatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuatla əlaqələndiricisi Rahib Azəri verib. Onun sözlərinə görə, abidə film qəhrəmanlarının heykəl şəhərciyi baş qəhrəmanlar - Semyon Qorbunkov - Yuri Nikulin və Geşa - Andrey Mironov yıxılan zaman "Lənət şeytana" dedikləri yerdə qoyulması nəzərdə tutulub. Abidə "Kiçik memarlıq formaları" adlanacaq. Onu da deyək ki, hansı aktyora Yuri Nikulinə, yoxsa Andrey Mironova İçərişəhərdə heykəl qoyulması barədə müzakirələr aparılıb. Qərara alınıb ki, Yuri Nikulinə abidə ucaldılsın. Amma sonradan İçərişəhəri simvolizə edəcək sözügedən abidə-şəhərcikdə "Brilyant əl" filminin aktyorlarından əlavə, xarakterlərin, tipajların da abidəsinin qoyulması nəzərdə tutulub.

Digər xəbərlər