PDF Oxu

Mədəniyyət

  • 2 031

“Baku City Tour - Bakı Şəhər Turu” layihəsi

“Baku City Tour - Bakı Şəhər Turu” layihəsi

"Baku City Tour - Bakı Şəhər Turu" layihəsinin 1 ili tamam olur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən İntiqam Hümbətovun verdiyi məlumata görə, bu münasibətlə 25 noyabr tarixində "Hilton" mehmanxanasının qarşısından tədbirə start veriləcəkdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Turizm İnformasiya Mərkəzi "Millenium Turizm Konqres DMC" ilə birgə Azərbaycanın turizm potensialının və mədəni irsinin daha geniş təbliğ olunması və eyni zamanda, gənc tur bələdçilərin professional səviyyəsinin daha da artırılması məqsədi ilə ötən ilin noyabr ayından etibarən "Baku City Tour - Bakı Şəhər Turu" layihəsi reallaşdırılmaqdadır.

Şəhər gəzintisi hər gün səhər saat 12.00-da "Azadlıq" meydanında başlayır və təqribən 5 saata yaxın bir zaman kəsimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanında bitmək şərti ilə həyata keçirilir. Ekskursiya, eyni zamanda, rus, ingilis, fars və türk dillərində aparılır. Mütəmadi olaraq, bu layihəyə Azərbaycan Turizm İnstitutunun tələbələri də cəlb olunmuşdur.

Bu layihədə Bakıda fəaliyyət göstərən mehmanxanalar, restoranlar, turizm şirkətləri, nəqliyyat qovşaqları (avtovağzal, dəniz limanı, hava limanı, dəmiryol vağzalı) xarici ölkə nümayəndəlik və şirkətləri aktiv iştirak etmişdir. Layihənin həyata keçirilməsinin bir ilinin tamam olması ilə bağlı keçiriləcək tədbirə mətbuat nümayəndələri dəvət olunur.

Digər xəbərlər