PDF Oxu

Mədəniyyət

  • 402

Rejissor Vaqif Mustafayevin uğuru  “Kino və televiziya sənətinin inkişafına verdiyi töhfəyə görə” diplom və mükafata layiq görülüb

Rejissor Vaqif Mustafayevin uğuru “Kino və televiziya sənətinin inkişafına verdiyi töhfəyə görə” diplom və mükafata layiq görülüb

Görkəmli kino və televiziya xadimi, Azərbaycan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı Vaqif Mustafayev mötəbər mükafata layiq görülüb. 13-cü Avrasiya Teleforumu çərçivəsində Avrasiya ölkələri peşəkar media sənayesi nümayəndələrinin geniştərkibli ənənəvi görüşündə mükafatın təqdimetmə mərasimi keçirilib.

Rusiya Kino Evinin böyük zalında keçirilən tədbirdə görkəmli rejissor Vaqif Mustafayevə "Kino və televiziya sənətinin inkişafına verdiyi töhfəyə görə" diplomu və mükafatı Rusiya Kino İncəsənəti və Kino Elmi Akademiyasının prezidenti Vladimir Naumov, Rusiya Dövlət Film Fondunun prezidenti Nikolay Borodoçov və Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin təntənəli şəkildə təqdim ediblər.

Digər xəbərlər