PDF Oxu

Mədəniyyət

  • 299

“Tahir Salahovun xalça dünyası” kataloqu çapdan çıxıb

“Tahir Salahovun xalça dünyası” kataloqu çapdan çıxıb

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşəbbüsü ilə "Tahir Salahovun xalça dünyası" kataloqu çap edilmişdir. Kataloqda görkəmli fırça ustasının fitri istedadı haqqında ətraflı məlumat verilmişdir.

Muzeyin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva kataloqda böyük rəssamın əsərlərinin ifadə tərzini diqqətə çatdıraraq yazmışdır: "Sənətkar əsərlərini kətan üzərinə həkk edərkən, sadəcə, gözoxşayan, cəlbedici görünüşə deyil, daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən qavramasına üstünlük verir".

T.Salahovun portret yaradıcılığından söz açan R.Tağıyeva vurğulayıb ki, rəssamın şah əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin portretidir.

R.Tağıyeva rəssamın yaratdığı əsərlərinin ilmələrlə xalça üzərinə köçürülməsi nəticəsində ərsəyə gətirilmiş xalça-interpretasiyalar üzərində xüsusilə dayanmışdır. Nəzərə çatdırıb ki, belə xalçaçı rəssamlar T.Salahov yaradıcılığının bədii mahiyyətini, onun fantaziyasının sirlərini açıb göstərməyə, ötən əsrin ortalarında realizmə cəsarətli çağırışla uyğunlaşan bədii irsə yanaşma tərzini dərk etməyə müvəffəq olmuşlar. Bu xalçalarda haşiyə ilə ara sahə, kolorit və ornamentasiya mənalı vəhdət təşkil edir.

Digər xəbərlər