PDF Oxu

Mədəniyyət

  • 175

“Azərbaycan xalçası” kitabının təqdimat mərasimi keçirilib

“Azərbaycan xalçası” kitabının təqdimat mərasimi keçirilib

Budapeşt Tətbiqi İncəsənət Muzeyində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə xalçaçı-alim, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru Röya Tağıyevanın macar dilində nəşr olunmuş "Azərbaycan xalçası" kitabının təqdimat mərasimi keçirilibdir.

Tədbiri giriş sözü ilə açan Budapeşt Tətbiqi İncəsənət Muzeyinin direktoru İmrə Takaç muzeyin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu, gələcək illərdə birgə layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycanın Macarıstandakı səfirliyi ilə danışıqların aparıldığını bildirmiş, "Azərbaycan xalçası" kitabının təqdimatının muzeydə təşkilinin bu baxımdan olduqca əhəmiyyətli hadisə olduğunu qeyd edibdir.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və kitabın çap olunduğu "Korvina" nəşriyyatının direktoru Laslo Kunoş ikitərəfli mədəni əlaqələrin əhəmiyyətindən danışmışlar. Daha sonra professor R.Tağıyeva tədbir iştirakçıları qarşısında çıxış etmiş, Azərbaycanda xalçanın məişətdə rolu, ölkənin tanınmış xalçaçılıq məktəbləri, xalçaların hazırlanması texnologiyaları haqqında danışıb, Azərbaycan xalçalarının təsvirlərini əks etdirən slaydlar nümayiş etdiribdir.

Digər xəbərlər