Bu günlərdə "Nizami" kinoteatrının açılışı olmuşdur. Açılış zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya bərpa edilmiş baxış zalları, texniki xidmətlər təqdim edilmişdir. Hazırda yeni müəssisənin nizamnaməsinin təkmilləşdirilməsi, mürəkkəb kino-texnoloji avadanlığı istismar edə biləcək mütəxəssislərlə ştat vahidlərinin komplektləşdirilməsi, eləcə də, repertuarın formalaşdırılması üzrə işlər davam edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Zöhrə Əliyevanın verdiyi məlumata görə, dekabr ayının sonunda nazirlik tərəfindən bərpa edilmiş "Nizami" kinoteatrının təntənəli təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Bütün Polşa onun haqqında danışır...