PDF Oxu

Mədəniyyət

  • 290

Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizi üzrə kruiz layihəsi

Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizi üzrə kruiz layihəsi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi BMÜTT ilə birgə Azərbaycan Respublikasının turizm potensialının təbliği məqsədilə bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də BMÜTT-nin təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulan Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizi üzrə kruiz layihəsidir. Bu məqsədlə Xəzər dənizində kruiz marşrutunun potensialının qiymətləndirilməsi məqsədilə BMÜTT-nin ekspert missiyasının Azərbaycana və Rusiyaya səfəri nəzərdə tutulur.

Səfər çərçivəsində ekspert Robert Kleverdonun Bakı Dəniz Limanının və Azərbaycan turizm şirkətləri assosiasiyasının rəhbərlikləri, turizm sahəsində fəaliyyət göstərən və kruiz marşrutları üzrə ixtisaslaşan şirkət nümayəndələri ilə görüşləri və perspektivlərin müzakirəsi nəzərdə tutulur. Bakıda olduğu müddət ərzində tərtib olunmuş proqram üzrə cənab Kleverdon üçün şəhərin görməli yerləri, mədəni-tarixi abidələri, muzeyləri, o cümlədən, milli mətbəx və milli musiqi ilə tanışlıq təşkil olunacaqdır.

BMÜTT-nin ekspertinin ölkəmizə səfəri ölkəmiz üçün böyük əhəmiyyət daşıyan bu kruiz marşrutunun təməlinin qoyulmasına öz töhfəsini verəcəkdir.

Digər xəbərlər