PDF Oxu

Mədəniyyət

  • 160

GUAM-ın işçi qrupunun növbəti iclası keçirilib

GUAM-ın işçi qrupunun növbəti iclası keçirilib

Kiyev şəhərində GUAM-ın işçi qrupunun növbəti iclası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Türkan İsmayılovanın verdiyi məlumata görə, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın müvafiq qurum rəhbərləri səviyyəsində turizm məsələləri üzrə işçi qrupunun növbəti iclasında naziriyin əməkdaşı xarici turizm sektorunun müdiri Səbinə Zadayeva iştirak edib. GUAM-ın qərargahında keçirilmiş tədbirə təşkilatın baş katibi V.Çeçelaşvili sədrlik edib. Tədbirdə Gürcüstan, Ukrayna və Azərbaycanın turizm üzrə dövlət qurumlarının rəsmiləri, həmçinin, Azərbaycan, Moldova və Gürcüstanın Ukraynadakı səfirliklərinin nümayəndələri iştirak edib.

İclas zamanı "Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu" layihəsinin uğurla həyata keçirilməsi üçün cari ilin 14 aprel tarixində Tbilisidə qəbul edilmiş Tədbirlər Planının icrasına dair hesabatlar dinlənilib. Həmçinin, iclasda cari ilin 24-26 sentyabr tarixlərində Tokioda keçirilmiş "JATA WTF-2011" sərgisi çərçivəsində GUAM ölkələrinin vahid lövhə ilə təmsil olunması müzakirə edilib.

İclas zamanı "Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu" layihəsinin növbəti mərhələsində yapon kütləvi informasiya vasitələri üçün 2012-ci ilin aprel ayında GUAM ölkələrinə press turun təşkil edilməsi qərara alınıb. Həmçinin, iclas zamanı "Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu" layihəsinin həyata keçirilməsi uğurla başa çatdıqdan sonra ABŞ, Kanada və Cənubi Koreya bazarları üçün buna bənzər layihələrin hazırlanması məsələsi müzakirə edilib.

Digər xəbərlər