PDF Oxu

Mədəniyyət

  • 232

Marneulidə yaşayan azərbaycanlı uşaqların rəsm əsərlərindən ibarət sərgi

Marneulidə yaşayan azərbaycanlı uşaqların rəsm əsərlərindən ibarət sərgi

Gürcüstan paytaxtındakı Yelena Axvlediani adına Uşaq Rəsm Qalereyasında Marneulidə yaşayan azərbaycanlı uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. Sərgi Gürcüstan Reinteqrasiya Nazirliyinin təşəbbüsü, Vətəndaş İnkişafı Agentliyinin (CİDA) maliyyə dəstəyi və Kvemo-Kartli bölgə administrasiyasının təşkilatçılığı ilə baş tutub. Sərgidə Marneulidə fəaliyyət göstərən "UNİON" gənclər təşkilatının nəzdindəki dərnəklərin əl işləri nümayiş etdirilib. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, sərgidə 380-ə qədər rəsm əsəri, tikmə, xalçalar, hörmə işləri, toxuculuq, tətbiqi incəsənət nümunələri və keramika üzərində rəsm əsərləri nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən Yelena Axvlediani adına Uşaq Rəsm Qalereyasının direktoru Liya Qorqadze "Gənc istedadlar" şüarı ilə təşkil olunan azərbaycanlı uşaqların sərgisini yüksək qiymətləndirib. Sonra o, "UNİON" gənclər təşkilatına gürcü xalq çalğı aləti "Çonquri" və "Rustavi" ansamblının mahnılarından ibarət disklər hədiyyə edib.

Digər xəbərlər