PDF Oxu

Mədəniyyət

  • 214

Mədəniyyətlərarası dialoq üzrə Bakı Qlobal Tədqiqat Qrupu yaradılacaq

Mədəniyyətlərarası dialoq üzrə Bakı Qlobal Tədqiqat Qrupu yaradılacaq

2011-ci ilin 7-9 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələrindən biri olaraq 2012-ci ildə Mədəniyyətlərarası Dialoq üzrə Bakı Qlobal Tədqiqat (Think-tank) Qrupunun yaradılması və dünyanın bütün qitələrindən məşhur ekspertlərin onun işinə cəlb edilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, Think-Tank qrup tərəfindən Dünya Forumunun gündəliyində duracaq məsələlərə dair müzakirə sənədlərinin hazırlaması nəzərdə tutulur.

Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Think-Tank qrupun nizamnaməsinin ilkin layihəsi Azərbaycan, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət Beynəlxalq İşçi Qrupunun üzvlərinə artıq göndərilib. Bu nizamnamə layihəsi, hələlik, qrupun fəaliyyətinin ümumi çərçivəsini müəyyən edir, lakin sənədin təfərrüatları forumun beynəlxalq tərəfdaşları ilə müzakirə olunduqdan sonra yekun variant kimi qəbul edilməsi və 2012-ci ilin aprel ayında Təsis Konfransının keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildə bir keçirilməsi barədə 2011-ci ilin 27 may tarixində imzalanmış Fərman ilə Mədəniyyət və Turizm Nazirliyi Forumun təşkilində əlaqləndirici qurum kimi müəyyən edilib.

Digər xəbərlər