PDF Oxu

Mədəniyyət

  • 631

Dövlət Musiqili Komediya Teatrı müsabiqə elan edib

Dövlət Musiqili Komediya Teatrı müsabiqə elan edib

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 18 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bu haqda danışarkən, bildirdi ki, teatrın heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqənin keçirilməsi çox vacibdir: "Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, təmirdən sonra teatrda xüsusilə lazımdır. İstər yaradıcı qrup üçün, istərsə də texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə düşən həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. Hazırda teatrda kadr çatışmazlığı var və bu boşluğu doldurmaq üçün yeni, istedadlı kadrlara çox ehtiyacımız var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə tam yenilik nəzərə çarpacaqdır."

Bununla yanaşı, Əliqismət Lalayev teatrın səhnəsində qəhrəman obrazlarını yarada biləcək, səs imkanları ilə seçilən gənc və istedadlı aktyor-vokalistlərə ehtiyac olduğunu də bildirdi. Bu arzu ilə teatra müraciət edən gənclər arasında da seçim keçiriləcəkdir: "Artıq teatr 102-ci mövsümünü yaşayır. Rəhbərlik isə bu mövsümdə də yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün bütün qüvvəsindən istifadə edir."

Digər xəbərlər